...

Ombudsman daxili işlər nazirinə müraciət edib

Cəmiyyət Materials 10 Aprel 2012 13:33 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları 8 aprel mitinqinə çağırış vərəqələri paylayarkən həbs olunan şəxslərlə görüşüb.
Ombudsman daxili işlər nazirinə müraciət edib

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/

Ombudsman Aparatının əməkdaşları 8 aprel mitinqinə çağırış vərəqələri paylayarkən həbs olunan şəxslərlə görüşüb.

Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Qaydada Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılan şəxslərlə təklikdə görüşüb, onların saxlanılma şəraitini araşdırıblar.

Araşdırma zamanı müəyyən edilib ki, burada saxlanılan 7 nəfər barəsində Bakı şəhərinin ayrı-ayrı rayonlarında 8 aprel mitinqinə çağırış vərəqləri paylayarkən polisin qanuni tələblərinə tabe olmamaq səbəbindən İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə ayrı-ayrı məhkəmələrin qərarlarına əsasən inzibati qaydada həbs seçilib.

Saxlanılanlardan Fərzəliyev Teymur Pənah oğlu və Qafarov Qabil Əzim oğlu barələrində seçilmiş inzibati həbs müddətinin bitməsi ilə əlaqədar bu gün sərbəst buraxılacaqlar.

Ümumilikdə saxlanılanlar saxlanma şəraiti və məntəqə əməkdaşlarının rəftarından şikayət etməyiblər.

Eyni zamanda, saxlanılanlar hər hansı pozuntuya yol vermədiklərini, onlardan ikisi isə ilkin tutulma zamanı polis əməkdaşları tərəfindən təzyiqlə üzləşdiklərini bildiriblər.

Müvəkkil məsələlərin araşdırılması, müvafiq tədbirlər görülməsi, təqsirkar şəxslərin qanun çərçivəsində cəzalandırılması və nəticəsi barədə ona məlumat verilməsi məqsədi ilə daxili işlər nazirinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti