...

Azərbaycanda yeni tədris ili üçün müəllimlərin işə qəbul imtahanları regionlarda da keçiriləcək

Cəmiyyət Materials 11 May 2012 10:38 (UTC +04:00)
Azərbaycanda 2012-2013-cu il tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbul imtahanlarının regionlarda da keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda yeni tədris ili üçün müəllimlərin işə qəbul imtahanları regionlarda da keçiriləcək

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2012-2013-cu il tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbul imtahanlarının regionlarda da keçirilməsi nəzərdə tutulur. Trend-in məlumataına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə imtahanlar Şəki, Gəncə, Quba, Lənkəran, Şirvanda keçirilə bilər.

Nazir hesab edir ki, müəllimlərin işə qəbulu üçün imtahanlar regionlarda keçirilsə, bütün namizədlərin Bakıya gəlməsinə ehtiyac qalmayacaq.

Mərdanov müəllimlərin işə qəbulu qaydalarında dəyişiklərin olmayacağını da qeyd edib.

Xəbər lenti

Xəbər lenti