...

12 yaşlı "Lider"

Cəmiyyət Materials 1 Sentyabr 2012 09:00 (UTC +04:00)
Azərbaycanda 2000-ci ildə fəaliyyətə başlayan, 2001-ci ildən isə dünyaya yayımlanan "Lider" televiziyası bu gün 12 yaşını qeyd edir
12 yaşlı "Lider"

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycanda 2000-ci ildə fəaliyyətə başlayan, 2001-ci ildən isə dünyaya yayımlanan "Lider" televiziyası bu gün 12 yaşını qeyd edir. Trend-in məlumatına görə, 2000-ci il sentyabrın 1-də tamaşaçıların görüşünə gələn "Lider" televiziyası dünyada yayımlanan ilk Azərbaycan televiziyası kimi də tarixə düşüb.

Fəaliyyətə başladığı dövrdən tamaşaçıların böyük rəğbətini qazanan "Lider"in əsas meyarı özəl, peşəkar və rəngarəng proqramlar hazırlamaq olub. Azərbaycançılıq və Azərbaycan dövlətinin, həmçinin Azərbaycan xalqının maraqlarının qorunması "Lider" televiziyasının fəaliyyətə başladığı ilk gündən sadiq qaldığı ideoloji xətdir.

Televiziyanın əsas informasiya proqramı olan "Səda" həftənin 7 günü Azərbaycanda və dünyada baş vermiş ictimai-siyasi, iqtisadi, mədəni yenilikləri geniş tamaşaçı auditoriyasına təqdim edir. Ən son mədəniyyət yeniliklərini, milli musiqimizin, mədəniyyətimizin ayrı-ayrı sahələrinin inkişafına və təbliğinə hesablanmış maraqlı, rəngarəng layihələri tamaşaçılara təqdim etmək 12 ildir ki, "Lider" televiziyasının əsas prinsiplərindəndir.

Milli adət-ənənələrə, mənəviyyata, gənclərin təlim-tərbiyəsinə xidmət edən ciddi layihələrə imza atan "Lider" düşündürücü oyunları, musiqili, əyləncəli verilişləri təqdim etməklə tamaşaçı rəğbətini qazana bilib.

Üç yaşının tamamında televiziyanın fəaliyyətinə Azərbaycanın ümummilli lideri Heydər Əliyev də yüksək qiymət vermişdi.

"Lider"çiləri və onun tamaşaçılarını ad günü münasibətilə təbrik edirik!

Xəbər lenti

Xəbər lenti