...

Bakıda güclü zəlzələnin olacağı barədə yayılan məlumatlara aydınlıq gətirilib

Cəmiyyət Materials 10 Oktyabr 2012 16:21 (UTC +04:00)
Trend-in məlumatına görə, İnstitutun professoru Robert Relinger Bakıda güclü zəlzələnin olacağı barədə məlumatların həqiqətəuyğun olmadığını deyib.
Bakıda güclü zəlzələnin olacağı barədə yayılan məlumatlara aydınlıq gətirilib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Massaçusets Texnologiya İnstitutu (ABŞ) Bakıda güclü zəlzələnin olacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, İnstitutun professoru Robert Relinger Bakıda güclü zəlzələnin olacağı barədə məlumatların həqiqətəuyğun olmadığını deyib.

O bu gün Bakıda keçirilən mətbuat konfransında qeyd edib ki, təmsil etdiyi İnstitut heç vaxt zəlzələnin proqnozunu qabaqcadan vermir.

"Biz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu ilə aparılan araşdırmaların nəticələrinə əsasən bildirmişdik ki, Bakıdan 100 km cənuba doğru seysmik baxımdan daha aktivdir və mühüm sayılır. Biz yalnız bunu qeyd etmişik", - professor deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti