Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir A.Tağıyeva/
Heydər Əliyev Türkiyə-Azərbaycan dostluğunun rəmzidir və bu dostluğun möhkəmləndirilməsi onun siyasətinin prioriteti olub. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Baş nazirinin müavini Bəşir Atalay deyib.
Atalayın sözlərinə görə, Heydər Əliyevin təşəbbüs göstərdiyi dil siyasəti türk dilinin dirçəlməsinə səbəb oldu.
Baş nazirin müavini, həmçinin Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi inkişafına verdiyi töhfəni qeyd edib.