...

Dəmir yolunun Qaradağ-Puta mənzilində 8,2 km yol əsaslı təmir olunur (FOTO)

Cəmiyyət Materials 15 Yanvar 2013 10:12 (UTC +04:00)
15-22 yanvar 2013-cü ildə növbəti yol qoyuluşu həyata keçirilir və Qaradağ-Puta mənzilində 8, 2 km yol əsaslı təmir olunur.
Dəmir yolunun Qaradağ-Puta mənzilində 8,2 km yol əsaslı təmir olunur (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 15-22 yanvar 2013-cü ildə növbəti yol qoyuluşu həyata keçirilir və Qaradağ-Puta mənzilində 8, 2 km yol əsaslı təmir olunur.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

"Dəmiryolservis" MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyov verdiyi məlumatda bildirilir ki, yanvarın 15-də səhər saatlarında köhnə yolun söküntüsünə start verilib və artıq 900 metr köhnə yol sökülüb.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 170,2 km yol əsaslı təmir olunub.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti