Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/
Heydər Əliyev Fondu, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev-90" inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov çıxışı zamanı bu müsabiqənin 7-ci dəfədir ki, keçirildiyin bildirib.
Builki müsabiqənin 85 qalibi olub. Onlardan 8 nəfəri I, 7 nəfəri II, 16 nəfəri III, 54 nəfəri isə həvəsləndirici yerlərə layiq görülüb. Azərbaycan tarixinin son 30 illik dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən nazirin sözlərinə görə, bu gün mövcud siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib ki, hər il Heydər Əliyevin doğum gününə həsr olunan bu müsabiqə onun irsinin öyrənilməsinə xidmət edir. Müsabiqə məktəblilərin dövlətçiliyə, Azərbaycançılığa hörmətini formalaşdırır.
Əhmədov qeyd edib ki, partiyanın qərarına əsasən, müsabiqədə I, II və III yeri tutanların hər birinə ali məktəbə daxil olduqları təqdirdə təhsil aldıqları 4 il müddətində ayda 50 manat məbləğində pul veriləcək.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də bu müsabiqəyə ilk gündən lazımi dəstəyin göstərildiyini deyib. O qeyd edib ki, müsabiqə qaliblərinin hər biri nazirlik tərəfindən də mükafatlara layiq görülüblər.
“Heydər Əliyev-90” inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Heydər Əliyev Fondu, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev-90” inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov çıxışı zamanı deyib ki, bu müsabiqə 7-ci dəfə keçirilir.