...

Bakı sürücülərinə şad xəbər: şəhərin əsas yollarından birində hərəkət açıldı

Cəmiyyət Materials 12 İyun 2013 13:20 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi élan edir ki, əvvəlcədən avtomobillərin hərəkəti üçün tam bağlanılması barədə verilən məlumata əsasən Tbilisi prospektinin Həsən Əliyev küçəsi kəsişməsindən İzmir küçəsi kəsişməsinədək, metronun “20 Yanvar” stansiyasından şəhər istiqamətində olan hissəsində asfalt örtüyünün çəkilməsi ilə əlaqədar təmir işləri başa çatıb.
Bakı sürücülərinə şad xəbər: şəhərin əsas yollarından birində hərəkət açıldı

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi élan edir ki, əvvəlcədən avtomobillərin hərəkəti üçün tam bağlanılması barədə verilən məlumata əsasən Tbilisi prospektinin Həsən Əliyev küçəsi kəsişməsindən İzmir küçəsi kəsişməsinədək, metronun "20 Yanvar" stansiyasından şəhər istiqamətində olan hissəsində asfalt örtüyünün çəkilməsi ilə əlaqədar təmir işləri başa çatıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəsinin sözlərinə görə, artıq bu gün saat 14:00-dan etibarən avtomobillərin hərəkətinə icazə verilir.

Yollarda təmir-tikinti işlərinin aparılması ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti