...

Səyahətə gedən vətəndaşların nəzərinə

Cəmiyyət Materials 11 İyul 2013 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə deyilir ki, yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır:

"Bununla əlaqədar, əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyəti üçün verilmiş lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər".

Şikayətlər üçün əlaqə nömrəsi: (012) 492-88-50

Məqalədə:
Xəbər lenti

Xəbər lenti