...

Təhsil Nazirliyi dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 41 namizəd barədə müsbət qərar verib

Cəmiyyət Materials 29 İyul 2013 12:52 (UTC +04:00)
Təhsil Nazirliyi onların xarici ali təhsil müəssisələrini yüksək akademik göstəricilərlə başa vuracaqlarına və əldə etdikləri bilik və bacarıqlardan ölkənin davamlı inkişafı naminə səmərəli istifadə edəcəklərinə ümid edir.
Təhsil Nazirliyi dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 41 namizəd barədə müsbət qərar verib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir M.Əliyev/

2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya ilk 41 namizəd barədə müsbət qərar verib. Bu barədə Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verib.

Təhsil Nazirliyi onların xarici ali təhsil müəssisələrini yüksək akademik göstəricilərlə başa vuracaqlarına və əldə etdikləri bilik və bacarıqlardan ölkənin davamlı inkişafı naminə səmərəli istifadə edəcəklərinə ümid edir. Digər namizədlərlə bağlı qərarlar verildiyi zaman bu barədə mütəmadi olaraq geniş ictimaiyyətə məlumat veriləcək.

Prezidentin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ölkənin "qara qızıl"ının insan potensialının gücləndirilməsinə yönləndirilməsi istiqamətində ən önəmli təşəbbüslərdən biri olmaqla yanaşı, dövlətin gənc kadrların formalaşdırılması məqsədilə onların xaricdə təhsilinə böyük məbləğdə vəsait yatırılması yönündə dünyada mövcud olan nadir layihələrdən biridir.

Qeyd edək ki, xaricdə təhsil almaq üçün göndəriləcək 41 namizədin siyahısı Təhsil Nazirliyinin saytında (http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=7003) yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti