...

Xaricdə oxumaq istəyən azərbaycanlı tələbələrin seçim prosesi başa çatdı

Cəmiyyət Materials 21 Oktyabr 2013 17:38 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi başa çatıb.
Xaricdə oxumaq istəyən azərbaycanlı tələbələrin seçim prosesi başa çatdı

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi başa çatıb.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 17 namizəd barədə müsbət qərar qəbul olunub.

Bu il Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 783 nəfəri barədə müsbət qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti