...

İranda iri müəssisənin işçiləri etiraz aksiyası keçirib

Cəmiyyət Materials 21 Yanvar 2014 16:04 (UTC +04:00)
İranın Kərəc şəhəri yaxınlığında yerləşən və təkər istehsalı ilə məşğul olan "İran Tire" zavodunun 400-dən çox işçisi bu gün səhər müəssisənin qarşısında etiraz aksiyası keçirib.
İranda iri müəssisənin işçiləri etiraz aksiyası keçirib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın Kərəc şəhəri yaxınlığında yerləşən və təkər istehsalı ilə məşğul olan "İran Tire" zavodunun 400-dən çox işçisi bu gün səhər müəssisənin qarşısında etiraz aksiyası keçirib. Bu barədə Trend ILNA agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, zavodun işçiləri həmkarlarından 80 nəfərin işdən çıxarılmasına etiraz əlaməti olaraq tətil edirlər.

Etirazçılar bildirirlər ki, zavod rəhbərliyi maliyyə problemi və əsas materialların çatışmazlığını bəhanə gətirməklə işçilərin sayını mərhələli şəkildə azaltmaq istəyir. İşçilər qeyd edirlər ki, bu gün 80 nəfər işdən çıxarılıb. Həmin işçilərin bəziləri 15 il idi zavodda çalışırdı.

Etirazçılar işdən çıxarılan həmkarlarının işə qaytarılmasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti