...

Yağan qar Bakı məktəblərində davamiyyətin aşağı düşməsinə səbəb olub

Cəmiyyət Materials 31 Yanvar 2014 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar olaraq məktəblərdə şagirdlərin davamiyyəti aşağı düşüb. Bu barədə Trend-ə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata əsasən, qarın yağması ilə əlaqədar Bakı şəhəri ərazisindəki məktəblərdə şagirdlərin əksəriyyətinin dərsə gəlmədiyi məlum olub. Hazırda qarın yağması ilə bağlı məktəblərdə bəzi problemlər yaranıb ki, bu da şagirdlərin davamiyyətinə mənfi təsir edib. Buna baxmayaraq, hazırda paytaxtda fəaliyyətini dayandıran məktəb yoxdur. Qarşıdakı günlərdə də qar yağmaqda davam etsə, bununla əlaqədar olaraq dərsə gedə bilməyənlər üzrlü hesab olunacaqlar.

Qeyd edək ki, yanvarın 30-da günorta saatlarından başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində günü-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, qarın bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti