...

Bakıda asfaltlanan əsas yollardan birinin bir hissəsi açıldı, bir hissəsi bağlandı (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2014 15:20 (UTC +04:00)
Bakının Abbas Mirzə Şərifzadə küçəsinin bir hissəsi açıldı, bir hissəsi bağlandı.
Bakıda asfaltlanan əsas yollardan birinin bir hissəsi açıldı, bir hissəsi bağlandı (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İzzət/

Bakının Abbas Mirzə Şərifzadə küçəsinin bir hissəsi açıldı, bir hissəsi bağlandı.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası"nın binasına qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi işləri yekunlaşdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Hal-hazırda Azad Azərbaycan "Müstəqil Teleradio Kompaniyası"nın binasının qarşısından İsgəndər Zülalov küçəsi ilə kəsişməyə qədər ("Kaktus" restoranının yanı) olan hissədə asfalt örtüyünün yenilənməsi ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti