...

Şəkidəki məşhur kafedə antisanitar şəraitin hokum sürdüyü aşkar edilib

Cəmiyyət Materials 16 İyul 2014 16:40
Şəki şəhərində yerləşən “Mərsin” kafesində standartların tələblərinin pozulduğu aşkar edilib.
Şəkidəki məşhur kafedə antisanitar şəraitin hokum sürdüyü aşkar edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/

Şəki şəhərində yerləşən "Mərsin" kafesində standartların tələblərinin pozulduğu aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən, fiziki şəxs Yıldırım Məhəbbət Abduşəkor qızına məxsus "Mərsin" kafesində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Yoxlamalar zamanı kafenin mətbəxində antisanitar şəraitin hökm sürdüyü, soyuducuda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna əməl edilmədiyi aşkar edilib. Həmçinin, kafedə hazırlanan toyuq və ət dönərinin, istehsalda istifadə olunan xammalların və qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən edən gigiyenik və uyğunluq sertifikatlarının olmadığı məlum olub.

Bundan başqa müəssisədə yeməklərin hazırlanması zamanı heç bir texnoloji təlimat və reseptura olmadan hazırlandığı, aşbazın peşə təhsilini təsdiq edən sənədin olmadığı, müəssisədə istifadə olunan 3 ədəd ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi müəyyən edilib.

Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisədə dönərin istehsalı və satışı qadağan edilmiş, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmiş, müəssisə rəhbərinə inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti