...

ƏƏSMN tərəfindən “Xalq” və “Əməkdar” fəxri adları olan ümumilikdə 1942 nəfərə Prezidentin aylıq təqaüdləri ödənilir

Cəmiyyət Materials 18 Avqust 2014 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Bu ilin iyulun 1-i tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) tərəfindən "Xalq" fəxri adına görə 161 nəfərə, "Əməkdar" fəxri adına görə 1781 nəfərə Azərbaycan Respublikasının Prezidentinin aylıq təqaüdü təyin olunub. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 26 avqust 2013-cü il tarixli Sərəncamına əsasən, fəxri adlara görə aylıq təqaüdlərin məbləği ötən ilin 01 sentyabrından iki dəfə artırılıb. Həmin fəxri adları alan şəxslər Prezidentin aylıq təqaüdləri ilə büdcə təşkilatlarında işlədikləri həmin təşkilatlar, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda rayon (şəhər) ƏSMM-ləri tərəfindən təmin olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti