Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Qərbi Afrikada Ebola virusunun yayılmasına nəzarəti gücləndirmək üzrə səylərdə düzəlişlər etmək lazımdır və Rusiyanın bununla bağlı müvafiq təklifləri var. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Xidmətinin ixtisaslaşdırılmış epidemiya əleyhinə biraqadasının rəhbəri Valentin Safranov deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi bu təklifləri sonra açıqlayacaq: "Epidemiyanın ləğv edilməsi tarixini söyləmək çətindir, lakin virusun sürəkliliyinə təsir edən amillər mövcuddur".
V.Safranov qeyd edib ki, hər şey həmkarların, Qvineya tərəfinin və BMT-nin nə qədər dəqiq və nizamlı işləməsindən asılı olacaq.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qərbi Afrikada yayılmış Ebola virusundan artıq 4,5 mindən çox insan ölüb.