Azərbaycan, Bakı, 17 mart /Trend/
Xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın gəlişi - Novruz bayramı münasibətilə İlaxır çərşənbə günü Bakı Şəhər İcra Hakimiyyəti bayram şənlikləri təşkil edib.
Trend-in məlumatına görə, martın 17-də saat 11:00-da metronun "İçərişəhər" stansiyasının yanından Novruz personajlarının iştirakı ilə hərəkət edən "bayram karvanı" - süvarilər, dəvə və faytonlar Bakının Füzuli meydanının qarşısındakı yeni istirahət parkı, Azadlıq meydanı, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən Büllur fəvvarənin ətrafındakı istirahət parkı, Səməd Vurğun istirahət parkında olub, Novruz şənlikləri keçirilib.