...

Yol polisindən "əlbəyaxa" videosuna münasibət: İddia öz təsdiqini tapmır

Cəmiyyət Materials 6 Noyabr 2015 15:36 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polsi İdarəsində sosial şəbəkələrdə yayılan “Bakıda ordu zabiti ilə yol polisi əlbəyaxa oldu” adlı videogörüntüyə baxılıb.
Yol polisindən "əlbəyaxa" videosuna münasibət: İddia öz təsdiqini tapmır

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polsi İdarəsində sosial şəbəkələrdə yayılan "Bakıda ordu zabiti ilə yol polisi əlbəyaxa oldu" adlı videogörüntüyə baxılıb.

Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, məsələ ilə bağlı bəzi məqamlar aydınlaşdırılıb. Müəyyən olunub ki, qeyd olunan ərazidə yol polisi ilə sürücü arasında yaranan narazılıq dayanma-durma, parklama qaydalarının pozulması ilə bağlı olub: "Sürücü, yaxud ordu zabitinin yol polisi ilə aralarında yaranan narazılıqla bağlı görüntülərdən açıq-aşkar görünür ki, "əlbəyaxa" münaqişə yaranmayıb. Yol polisi əməkdaşı ilə qeyd edilən ordu zabitinin "əlbəyaxa" olması ilə bağlı iddia öz təsdiqini tapmır. Görüntülər əsasında deyilənlər həqiqəti əks etdirmir, yol polisinin xidməti fəaliyyətinə kölgə salır, baş verən hadisənin əsl mahiyyətini əks etdirmir".

Bakı Şəhər BPİ DYP sürücülərin diqqətinə çatdırır ki, paytaxt yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün dayanma-durma, parklama qaydalarına əməl edilməlidir: "Sözsüz ki, məqsəd yollarda daralmanın qarşısını almaq, nəinki paytaxt sakinlərinin eləcə də digər hərəkət iştirakçılarının xüsusilə, sürücülərin təhlükəsiz, fasiləsiz və vaxt itirmədən, ləngimədən hərəkətini təmin etməkdir. Qanunun tələblərini pozan sürücülərə yol polisləri tərəfindən müvafiq tədbirlər həyata keçirilməklə, inzibati protokol tərtib edilir. Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 407-ci və "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), nəqliyyat vasitələri müvəqqəti olaraq mühafizə olunan duracaqda saxlanıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti