...

Bakının üç küçəsində yol bağlanacaq

Cəmiyyət Materials 11 Noyabr 2015 13:53 (UTC +04:00)
Bakıda bir sıra küçələrdə yollar bağlanacaq.
Bakının üç küçəsində yol bağlanacaq

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elmir Murad/

Bakıda bir sıra küçələrdə yollar bağlanacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün saat 14:00-dan başlayaraq Nərimanov rayonunun Mayakovski, Çaykovski və Hidayətzadə küçələrində (10 saylı ünvanda, Mayakovski küçəsinin hərəkət hissəsinin eninə keçməklə, Mayakovski və Çaykovski küçələrinin hərəkət hissəsi boyu İ.Hidayətzadə küçəsinə qədər) gedən istilik xəttinin mərhələlərlə dəyişdirilməsi üçün asfalt örtüyü söküləcək.

İşin icrasının hər mərhələdə icazə verilmiş 5 iş günü ərzində başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, təmir işləri "Azəristiliktəchizat" ASC tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti