...

İqtisad Universitetində iki fakültə birləşdirildi

Cəmiyyət Materials 1 Mart 2016 13:44 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları aparılıb.
İqtisad Universitetində iki fakültə birləşdirildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları aparılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, Elmi Şurada qəbul edilən qərara əsasən, "İqtisadiyyat və sənaye" və "Beynəlxalq İqtisadi Münasibətlər" fakültələri birləşdirilərək, "İqtisadiyyat" fakültəsi yaradılıb.

Elmi Şuranın digər qərarı ilə "Beynəlxalq ticarət və gömrük işi" və "Ticarət" kafedraları birləşdirilərək, "Ticarət və gömrük işi" kafedrası yaradılıb.

Bundan başqa, şura üzvləri Təcrübə və işədüzəltmə şöbəsinin ləğv edilərək, əvəzində iki qurum - Təcrübənin təşkili şöbəsi və Karyera Mərkəzi yaradılması barədə qərar qəbul ediblər.

Təcrübənin təşkili şöbəsi bakalavrların ixtisas və istehsalat təcrübəsi, magistrantların isə elmi tədqiqat və elmi pedaqoji təcrübələri ilə məşğul olacaq. Karyera Mərkəzi isə tələbələrin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirləri həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti