...

Bakıda terrora cəhd edən ömürlük məhbuslar Ali Məhkəməyə şikayət etdi

Cəmiyyət Materials 1 Mart 2016 16:07 (UTC +04:00)
Bakıda keçirilən “Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları törətməyi planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Samir Sanıyev və digərləri barələrində olan hökmdən kassasiya şikayəti veriblər.
Bakıda terrora cəhd edən ömürlük məhbuslar Ali Məhkəməyə şikayət etdi

Bakı. Samir Əli - Trend:

Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları törətməyi planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Samir Sanıyev və digərləri barələrində olan hökmdən kassasiya şikayəti veriblər.

Trend-in məlumatına görə, təqsirləndirilən şəxslərin kassasiya şikayəti Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatına verilib.

Qeyd edək ki, artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) 2012-ci ildə "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində terror aktları və Azərbaycan Prezidentinə sui-qəsd hazırlayan dəstəni zərərsizləşdirib.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan Prezidentinin respublikanın şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları "Hilton Baku" və "JW Marriot Hotel Absheron" və digər mehmanxanalarda, Baku Kristal Zalında və Dövlət Bayrağı Meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəstənin başçısı S.Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən verilən apelyasiya şikayəti isə təmin edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti