...

Aeroport yolunun sağ və sol hissələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq

Cəmiyyət Materials 4 Mart 2016 09:42 (UTC +04:00)

Bakı. Trend:

Maştağa və Ramana anbar komplekslərini birləşdirən yeni magistral su kəmərinin (1020 mm diametrli) sistemə qoşulması işləri ilə əlaqədar 4 mart 2016-cı il tarixində gün ərzində Şuşa məcburi köçkün şəhərciyinə, Zabrat qəsəbəsinin şərq hissəsinə, Ramana Südçülük Sovxozu adlanan əraziyə, Aeroport yolunun sağ və sol hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti