...

Səhiyyə Nazirliyi: Rezidenturanı bitirənlərin əksəriyyəti təyinatla işə qəbul olunurlar

Cəmiyyət Materials 18 May 2016 12:37 (UTC +04:00)
Azərbaycanda rezidenturanı bitirənlərin əksəriyyəti təyinatla işə qəbul olunurlar.
Səhiyyə Nazirliyi: Rezidenturanı bitirənlərin əksəriyyəti təyinatla işə qəbul olunurlar

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda rezidenturanı bitirənlərin əksəriyyəti təyinatla işə qəbul olunurlar.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova bu gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"na əsasən, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər.

T.Əhmədova deyib ki, əgər əvvəllər SN ilə rezidenturaya qəbul olanlar arasında müqavilə bağlanmırdısa, 2013-cü ildən Nazirlər Kabinetinin 330 nömrəli qərarı qüvvəyə mindikdən sonra rezidentlərlə nazirlik arasında "Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında" müqavilə bağlanılır. İndiyədək təyinat alma prosesində 242 rezident iştirak edib. Onların da böyük əksəriyyəti təyinatla getdikləri müəssisələrdə çalışırlar: "SN ilə müqaviləsi olmayan, yaxud təyinatdan imtina edənlər sonradan mərkəzləşdirilmiş qəbulda işə qəbul olunurlar. Adətən, rezidenturanı bitirənlərin əksəriyyəti təyinatda iştirak edərək təklif olunan vakant yerlərdən seçim edirlər".

T.Əhmədova təyinatdan imtina etmə səbəblərini də açıqlayaraq bildirib ki, müqavilə olmadıqda rezidentlər təyinatdan imtina edə bilərlər: "Bəzi rezidentlər evlərinə yaxın yerdə işə düzəlmək istəyirlər. Bu halda da onlar təyinatdan imtina edərək sonradan mərkəzləşdirilmiş qaydada imtahan verərək yaşayış yerlərinə yaxın müəssisədə vakant yerə işə qəbul olunurlar".

T.Əhmədova deyib ki, 3 illik təyinat müddəti başa çatdıqdan sonra onlar işlədikləri həmin müəssisədə fəaliyyətlərini davam etdirə bilərlər. Təyinat bitdikdən sonra həmin yerdə işləmək istəmədikdə isə mərkəzləşdirilmiş qaydada imtahan verərək özlərinə uyğun vakant yerdə işləyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti