...

Rüfət Səfərov ittihamları qəbul etmir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 8 Avqust 2016 13:21 (UTC +04:00)
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Rüfət Səfərov ittihamları qəbul etmir  (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə R.Səfərov təqsirləndirilən şəxs qismində ifadə verib. O, ifadəsində ittihamları qəbul etmədiyini bildirib.

R.Səfərovun ifadəsindən sonra prosesdə şahid ifadələri dinlənilib. Şahidlər ziddiyyətli ifadələr veriblər.

Prosesdə fasilə elan olunub. Məhkəmə davam edir.

Fasilədən sonra R.Səfərovun vəkili Bəhruz Bayramov məhkəmədə iki vəsatət qaldırıb. Vəkil bildirib ki, məhkəmədə şahid qismində tanınanların R.Səfərovun rüşvət alması barədə ifadə vermələrinin şahidi olması iddia edilirsə, həmin şahidlər barədə cinayəti bilib xəbər verməməyə görə, xüsusi qərardad çıxarılsın və həmin şəxslərə cinayət işi qaldırılsın. Hakim vəsatəti təmin etməyib.

Vəkil B. Bayramov sonra cinayət işində şahid qismində adı keçən 5 nəfərin işi üzrə Baş Prokurorluğa təqdim edilən materialların nəticəsinin məhkəməyə göndərilməsi barədə ikinci vəsatəti qaldırıb.

O bildirib ki, əgər Baş Prokurorluq həmin cinayət materialları barədə cinayət işi başlamayıbsa, R.Səfərovun qanuni qərar qəbul etdiyi məlum olur.

Vəsatət təmin edilib və iş üzrə növbəti məhkəmə prosesi sentyabrın 7-ə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun bir müddət əvvəl yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi və o azadlığa buraxıldı.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti