...

Qubada məktəblilərin növbəti yay düşərgəsi (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2016 15:26 (UTC +04:00)
40 məktəblinin iştirakı ilə 10 günlük ekoloji yay düşərgəsi təşkil olunub.
Qubada məktəblilərin növbəti yay düşərgəsi (FOTO)

Bakı. Trend:

Azərbaycan Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə əməkdaşlığı ilə Quba rayonunda 8-18 avqust 2016-cı il tarixlərində 40 məktəblinin iştirakı ilə 10 günlük ekoloji yay düşərgəsi təşkil olunub.

Bu yay mövsümündə artıq üçüncü dəfə təşkil olunan düşərgənin əsas məqsədi uzunmüddətli istirahət və tematik yönümlü xüsusi proqramlar üzrə orta məktəb şagirdlərinin mənalı, sağlam istirahətini təmin etməkdir.

Düşərgədə məktəblilər üçün idman turizm əsaslarının inkişafına xüsusi önəm verilmişdir. Bundan əlavə meşədə həyat fəaliyyətinin təhlükəsizliyi, yoqa meditasiyasının əsasları üzrə maraqlı təlim məşgələlərində uşaqlara yeni bilik və bacarıqlar aşılanmışdır. Təklif olunan marşrutlar üzrə Quba və Nabran meşələrinə 3-15 km məsafəni piyada yürüş edən düşərgə iştirakçıları verilən tapşırıqları böyük maraq və həvəslə yerinə yetirmişlər. Afurça şəlaləsinə turizm yürüşü zamanı meşədə təhlükəsizlik qaydaları ilə tanlş olmuşlar. İstirahət saatlarında məktəblilər üçün idman oyunları təşkil olunmuşdur.

Qubanın II Nügədi kəndində yerləşən BDU-nun Təlim Təcrübə və İstirahət Mərkəzində keçirilən düşərgədə Azərbaycan Səmti müəyyənetmə Federasiyasının  (Azerbaijan Orienteering Federation) əməkdaşlarının iştirakı ilə istirahət edən məktəblilər üçün səmti müəyyənetmə üzrə təlimlər keçirilmişdir. 3 gün davam edən təlimin ilk günü nəzəri məşğələlər, ikinci günü açlq şəraitdə qurulmuş labirintdə yarışlar, üçüncü gün isə Xaçmaz rayonu Şimal kəndinə yaxın (Tel-Bulaq) ərazidə səmti müəyyənetmə yarışları təşkil olunmuşdur.

Yay düşərgəsinin üşüncü növbəsində ASA-Programm/ENGAGEMENT GLOBAL gGmbH tərəfindən göndərilmiş Almaniyalı tələbələr təlimçi kimi öz təcrübələri ilə bölüşmüş, məktəblilərlə alman və ingilis dillərində ekoloji treninqlər keçmişlər. Düşərgə müddətində tematik, istirahət və yaradıcılıq məşğələləri, ekskursiyalar uşaqlara xoş təəssüratlar bağışlamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti