...

Ukrayna Milli Polisi Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürüb

Cəmiyyət Materials 21 Aprel 2017 11:10 (UTC +04:00)
Ukrayna Milli Polisi Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürüb.
Ukrayna Milli Polisi Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürüb

Bakı. Trend:

Ukrayna Milli Polisi Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürüb.

Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Son dövrlər Ukraynada içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların oğurlanması faktını ciddi nəzarət altına götürən Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin aidiyyəti qurumlarına yazılı müraciət edərək baş vermiş cinayət hadisəsinin araşdırılmasını tələb edib. Bununla bağlı Ukraynanın hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə telefon əlaqəsi saxlayan səfir Azər Xudiyev onlara Azərbaycan tərəfinin narahatlığını çatdırıb.

Müraciətə ciddi reaksiya verən Ukrayna Milli Polisinin Cinayət-axtarış departamentinin rəhbəri, polis polkovnik-leytenantı Roman Kravçenko Azərbaycan səfirliyinə gələrək baş vermiş cinayət hadisəsini Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayevlə müzakirə edib. Görüş zamanı içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların qeyri-müəyyən istiqamətə gedərək ünvanına çatdırılmaması faktı müzakirə edilirək bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

R.Kravçenko son dövrlər internetdə yüklərin ucuz daşınmasını təklif edən fırıldaqçı qruplar tərəfindən bir neçə belə hadisənin qeydə alındığını nəzərə çatdıraraq bununla bağlı ciddi araşdırmaların aparıldığını qeyd edib. O, tezliklə dələduzların aşkarlanacağını və Azərbaycan şirkətlərinə məxsus yüklərin tapılaraq özlərinə qaytarılması üçün ciddi tədbirlərin görüldüyünü bildirib.

Azərbaycanın Ukrayndakı səfirliyi Ukrayna ilə işləyən Azərbaycan şirkətlərinin rəhbərlərini, son dövrlər internet üzərindən xaricə daşınan malları ucuz qiymətə təklif edən saxta və fırıldaqçı firmaların şirnikləndirici təkliflərinə uymamağa çağırır və onları ciddi logistika xidməti ilə məşğul olan şirkətlərlə çalışmalarını tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti