...

Apteklərdən ən çox alınan - Sitramon, spazmalqon, yod... SİYAHI

Cəmiyyət Materials 18 Sentyabr 2017 13:59 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda əhali tərəfindən ən çox istifadə olunan dərman vasitələri və tibbi məhlullar məlum olub.

Trend-in apardığı araşdırmaya əsasən, əhalinin apteklərdən daha çox aldığı dərmanlar əsasən bu cür təsnif oluna bilər: ürək-damar sistemi xəstəlikləri ilə bağlı dərmanlar, ağrıkəsicilər, soyuqdəyməyə qarşı dərmanlar (xüsusən uşaqlar üçün).

Dərman idxalı və satışı ilə məşğul olan mənbədən Trend-in apteklərdən daha çox alınan dərmanlarla bağlı sorğusuna cavab olaraq təqdim olunmuş siyahı isə aşağıdakı kimidir:

N

Dərmanların adları

1

Sitramon (həblər)

2

Tetratsiklin (həblər)

3

Yod 5% 10 ml (Spirtli məhlul)

4

Tseftriakson 1 qr (Ampula)

5

Valerian ekstrakt 20 mq № 50 (Həblər)

6

Bitsillin-5 1 500 000 ЕД № 1 (Ampula)

7

Natri xlorid 0,9% 200 ml (Məhlul)

8

Flukonazol 150 mq № 1 (Kapsullar)

9

Ampitsillin 1 qr (Ampula)

10

Uqol aktiv № 10 (Həblər)

11

Ringer (polipropilen) 500 ml (Məhlul)

12

Perekis 3% 100 мл (Məhlul)

13

Spazmalqon № 20 (Həblər)

14

Omeprazol 20 mq № 10 (Kapsullar)

15

Analqin 0,5 гр № 10 (Таблетки)

16

Vitamin С 5% 2 ml № 10 (Ampula)

17

Metronidazol 0,5% 100 ml (Məhlul)

18

Tibbi spirt 95% 100 ml (Məhlul)

19

Kaltsi qlükonat 0,5 qr № 10 (Həblər)

20

Qlükoza 5% 200 ml (Məhlul)

Qeyd edək ki, bundan başqa əhali tərəfindən apteklərdən daha çox alınan tibbi məhsullar sırasına şprislər, pambıq və tibbi tənzif daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti