...

Dəmir Yolu Vağzalında bomba həyəcanı metronun işinə təsir etdi?

Cəmiyyət Materials 21 Dekabr 2017 14:39 (UTC +04:00)
Naməlum şəxs Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə zəng vurub.
Dəmir Yolu Vağzalında bomba həyəcanı metronun işinə təsir etdi?

Bakı. Samir Əli - Trend:

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat yayılması Bakı Metropoliteninin "28 May" stansiyasının işinə heç bir təsir etməyib.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, hazırda stansiyada vəziyyət normaldır: "Heç bir sıxlıq qeydə alınmayıb. Stansiya işini normal davam etdirir".

Qeyd edək ki, naməlum şəxs Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə zəng vurub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və xüsusi təlim keçmiş itlər cəlb edilib. Bakı Dəmir Yolu Vağzalı və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları binadan təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti