...

İpək istehsalı müəssisəsi məhsul assortimentini genişləndirə bilər

Cəmiyyət Materials 7 Fevral 2018 20:32 (UTC +04:00)
“Şəki İpək” ASC istehsal olunan məhsul assortimentini genişləndirməyi planlaşdırır
İpək istehsalı müəssisəsi məhsul assortimentini genişləndirə bilər

Bakı. Ənvər Məmmədov - Trend:

“Şəki İpək” ASC istehsal olunan məhsul assortimentini genişləndirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sənaye Korporasiyasının iclası zamanı ASC-nin İdarə heyətinin sədri Nizami Qəribov deyib.

N.Qəribov qeyd edib ki, ipəklə yanaşı yun istehsalına da başlamaq planlaşdırılır: “Hazırda bizdə yun istehsalı yoxdur, Dağıstanda isə tələb var. İpək satışı mövsümdən asılı olaraq dəyişir və qışda satış azalır. Biz bu azalmanı yun istehsalı ilə əvəz edə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti