...

"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin 43 yaşı tamam olur

Cəmiyyət Materials 26 Aprel 2018 11:44 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin doğum günüdür.
"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin 43 yaşı tamam olur

Bakı. Trend:

Bu gün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin doğum günüdür.

Trend-in məlumatına görə, N.Paşayev 1975-ci il aprelin 26-da Yevlax rayonunun Xaldan qəsəbəsində dünyaya gəlib.

1992-ci ildə orta məktəbi bitirəndən sonra Türkiyədə Ankara Universitetinə daxil olub.

N.Paşayev müxtəlif vaxtlarda Azərbaycanın müxtəlif mətbu orqanlarında jurnalist kimi, "Barmek-Azərbaycan" şirkəti və "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətlərində çalışıb.

N.Paşayev 2014-cü ildən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəridir.

TREND İnformasiya Agentliyinin kollektivi mətbuat xidmətləri arasında jurnalistlərlə operativ işləməyi bacaran, işinin peşəkarı kimi tanınan və jurnalistlərin dostu olan N.Paşayevi 43 yaşı münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti