...

BDU dünyanın ən yaxşı universitetləri sırasında

Cəmiyyət Materials 27 İyun 2018 20:08 (UTC +04:00)
BDU 1000 ən yaxşıları özündə birləşdirən builki reytinqdə Azərbaycan Universitetləri arasında yer almış yeganə universitetdir.
BDU dünyanın ən yaxşı universitetləri sırasında

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) "QS Quasquarelli Symonds" təqdiqat mərkəzi tərəfindən tərtib edilən "QS World University Rankings"də ən yaxşı universitetlərin reytinqində yer alıb.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU 1000 ən yaxşıları özündə birləşdirən builki reytinqdə Azərbaycan Universitetləri arasında yer almış yeganə universitetdir.

Qeyd edək ki, builki reytinqə Massaçusets Texnologiya İnstitutu (MİT) rəhbərlik edir. İlk üçlüyə Stanfard və Harvard Universitetləri daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti