...

Agentlik sədri: Turizm informasiya mərkəzlərinin fəaliyyətində ciddi dəyişikliklər ediləcək

Cəmiyyət Materials 3 İyul 2018 13:24 (UTC +04:00)
Regional turizm informasiya mərkəzlərinin fəaliyyətində yaxın zamanda ciddi dəyişikliklər ediləcək.
Agentlik sədri: Turizm informasiya mərkəzlərinin fəaliyyətində ciddi dəyişikliklər ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Regional turizm informasiya mərkəzlərinin fəaliyyətində yaxın zamanda ciddi dəyişikliklər ediləcək. Onlar daha innovativ, kreativ, müasir üsullarla turistlərə xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün keçirilmiş müşavirədə deyib.

O qeyd edib ki, hər bir turist bütün bölgələrdə lazımi məlumatları əldə etmək iqtidarında olmalıdır, onların arzularının və şikayətlərinin yönəldə biləcəyi ünvan olmalıdır. Eyni zamanda Dövlət Turizm Agentliyinin qarşıya qoyduğu əsas məsələlərdən biri regionların turizm potensialının təbliğində və turizm istiqaməti kimi formalaşdırılmasında turizm informasiya mərkəzlərinin rolunu artırmaqdır.

Xatırladaq ki, bu gün Bakı şəhərində Dövlət Turizm Agentliyinin tabeçiliyinə verilmiş regional turizm informasiya mərkəzlərinin rəhbərləri ilə tanışlıq görüşü keçirilib. Paytaxtda və regionlarda yerləşən 11 turizm informasiya mərkəzinin rəhbərləri təqdimatla çıxış edərək, fəaliyyət istiqamətləri, cari vəziyyət, mövcud problem və çətinliklər barəsində məlumat veriblər.

Qeyd olunub ki, növbəti bir ay ərzində Dövlət Turizm Agentliyinin nümayəndələri tərəfindən regionlarda yerləşən turizm informasiya mərkəzlərinə səfərlər təşkil ediləcək, onların iş fəaliyyətləri ilə bağlı qiymətləndirmələr aparılacaq və hesabatlar hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti