...

Xətaidə yollarda nə baş verir? - İcra Hakimiyyətinin açıqlaması (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2018 22:01 (UTC +04:00)
Xətai rayonunda bir neçə küçə və prospektlərində əsaslı təmir işləri aparılır.
Xətaidə yollarda nə baş verir? - İcra Hakimiyyətinin açıqlaması (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xətai rayonunda bir neçə küçə və prospektlərində əsaslı təmir işləri aparılır.

Bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib. Onun sözlərinə görə, Məhəmməd Hadi küçəsində və Gəncə prospektində əsaslı təmir işləri artıq yekunlaşıb.

"Hazırda rayonda Ukrayna və Neapol dairələri ətrafında olan küçə və prospektlərdə əsaslı təmir işləri görülür. Növbədə Səməd bəy Mehmandarov küçəsidir. Bir neçə gündür həmin küçədə əsaslı təmir işləri gedir. Yol boyu bütün kommunikasiya xətləri çəkən şəxslərə xəbərdarlıq olunub ki, onlar tez bir zamanda işlərini yekunlaşdırsınlar. Həmin işlərin yekununda isə sözügedən yola yeni asfalt örtüyü çəkiləcək".

P.İmanov bildirib ki, təmir işləri Səməd bəy Mehmandarov küçəsinin Neapol dairəsi istiqamətində görülərək Ukrayna dairəsində olan hissəsində bitəcək.

Qeyd edək ki, bir müddət əvvəl Xətai rayonundakı "Ukrayna dairəsi" əsaslı şəkildə təmir olunub. Təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, 7500 kv.m sahədə qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və profilə salınması üçün həmin hissələr asfaltlanıb. Bunun ardınca əsas asfaltlanma işlərinə start verilib. Dairəyə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə sadalanan bu işlər 28 min kv.m sahəni əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti