...

Aprel şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir (FOTO)

Cəmiyyət Materials 17 İyul 2019 16:19 (UTC +04:00)
17-26 iyul tarixlərini əhatə edəcək yay düşərgəsinin təşkilində məqsəd həmin uşaqların yay tətilini daha maraqlı və yaddaqalan, səmərəli keçirmələrinə şərait yaratmaqdır.
Aprel şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində yeni bir istiqamət kimi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin iştirakı ilə şəhidlərin uşaqları üçün yay düşərgəsinin təşkili layihəsi reallaşdırılır.

Trend-in məlumatına görə, nazirlik Aprel şəhidlərinin uşaqlarından (23 nəfər), eləcə də azyaşlı olanların valideynlərindən (7 nəfər) ibarət 30 nəfər üçün İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində yay düşərgəsi təşkil edib. 17-26 iyul tarixlərini əhatə edəcək yay düşərgəsinin təşkilində məqsəd həmin uşaqların yay tətilini daha maraqlı və yaddaqalan, səmərəli keçirmələrinə şərait yaratmaqdır.

İstirahət müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar, viktorinalar təşkil ediləcək. Onlar üçün həmin bölgənin mədəni-tarixi yerlərinə ekskursiyaların, intellektual yarışların və s. keçirilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti