...

Azərbaycanlıların 64,8 faizi ailə üzvləri ilə birlikdə səyahət edirlər - SORĞU

Cəmiyyət Materials 29 Noyabr 2019 11:42 (UTC +04:00)
Sorğuda iştirak edənlərin təxminən 20 faizi Azərbaycana səfərlərini turpaketlə edib, 63 faizi fərdi qaydada gəlib.
Azərbaycanlıların 64,8 faizi ailə üzvləri ilə birlikdə səyahət edirlər - SORĞU

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-cu ilin avqust-sentyabr aylarında 13 ölkədən 2000 turist arasında sorğu keçirilib. Sorğuda iştirak edənlərin təxminən 20 faizi Azərbaycana səfərlərini turpaketlə edib, 63 faizi fərdi qaydada gəlib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Turizm Sammitində hesabatın təqdimatı zamanı bildirilib.

Qeyd edilib ki, "hər şey daxil" paketini daha çox Ukrayna, İran və Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər alıb.

Turistlərın yarıdan çoxu Bakıda qalmağa üstünlük verib. Sorğuya əsasən turistlərin ən çox getdiyi 4 rayon - Qəbələ, Quba, Şəki və Qusardır:

"Azərbaycana ilk dəfə gələnlər 75 faiz, ikinci dəfə gələnlər 10 faiz, 3 dəfədən çox gələnlər isə 15 faiz olub. Turistlər bura gəlməkdə məqsədlərini belə qeyd ediblər: əyləncə və istirahət üçün gələnlər 60 faiz, dostlar və ailəyə baş çəkmək üçün gələnlər 11 faiz, iş səfəri üçün gələnlər isə 16 faiz, sağlamlıq və müalicı üçün gılınlər isə 11 faiz təşkil edib".

Araşdırma göstərir ki, əksər turistlər turizm məkanlarına ailə üzvləri və dostları ilə səyahət etməyə çalışırlar. Sorğuya görə, ailə ilə səyahət edənlər əsasən yerli turistlərdir:

"Azərbaycanlıların 64,8 faizi ailə üzvləri ilə birlikdə səyahət edirlər. Qonaqların əksəriyyəti 5 və 4 ulduzlu otellərdə və ya qohumların evlərində qalmağa üstünlük verirlər. Əcnəbilərin 35 faizi, yerli turistlərin isə yalnız 16 faizi 5 ulduzlu otellərdə qalır. Azərbaycanlıların isə hər 3-dən biri bölgələrə gedərkən qohumlar və ya dostların evində qalır. Yerli turistlər gündəlik 207,2 manat, əcnəbi turistlər isə 422,5 manat xərcləyirlər. Xərclərin çoxu yerləşmə, qidalanma və alış-verişi əhatə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti