...

Nazirlər Kabineti rezidenturaya qəbul qaydalarında dəyişiklik edib

Cəmiyyət Materials 21 Dekabr 2019 15:57 (UTC +04:00)
Nazirlər Kabineti “Rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib.
Nazirlər Kabineti rezidenturaya qəbul qaydalarında dəyişiklik edib

Bakı. Trend:

Nazirlər Kabineti “Rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

Trend xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilib.

Dəyişikliyə əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Həmçinin ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar.

Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır.

Bundan başqa, “ixtisas” sözü “baza” sözü ilə əvəz edilib.

Bundan başqa, “10 gün müddətində” sözləri “Mərkəz tərəfindən müəyyən olunmuş müddətdə” sözləri ilə əvəzlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti