...

Dünya Ekoloji Təhsil Günündə milli parklarda açıq dərs keçiriləcək (FOTO)

Cəmiyyət Materials 24 Yanvar 2020 13:04 (UTC +04:00)
Qızılağac Milli Parkının turizm informasiya mərkəzində məktəblilər arasında bilik yarışı olacaq.
Dünya Ekoloji Təhsil Günündə milli parklarda açıq dərs keçiriləcək (FOTO)

Bakı. Samir Əli - Trend:

Yanvarın 26-da Dünya Ekoloji Təhsil Günündə bir sıra milli parklarda açıq dərs, Qızılağac Milli Parkının turizm informasiya mərkəzində məktəblilər arasında bilik yarışı keçiriləcək.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, yanvarın 30-da isə Hirkan Milli Parkında atla yürüş üçün ziyarətçilərə şərait yaradılacaq: "Tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizmin təbliği, parklara turistlərin marağının artırılmasıdır. Hər kəsi milli parklarımıza səyahət etməyə və təşkil olunacaq tədbirlərə qoşulmağa çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti