...

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlara protokol tərtib olunub

Cəmiyyət Materials 19 Fevral 2020 16:21 (UTC +04:00)
Paytaxtın Nizami rayonu ərazisindəki bir köşkdə və bir marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlara protokol tərtib olunub

Bakı. Trend:

Paytaxtın Nizami rayonu ərazisindəki bir köşkdə və bir marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə və bir marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin satıcılar – R.Həsənov və Ə.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti