...

AZAL-da dezinfeksiya işləri davam etdirilir (VİDEO)

Cəmiyyət Materials 7 Mart 2020 10:58 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-də koronavirusa qarşı dezinfeksiya tədbirləri davam etdirilir.
AZAL-da dezinfeksiya işləri davam etdirilir (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Azərbaycan Hava Yolları" QSC-də koronavirusa qarşı dezinfeksiya tədbirləri davam etdirilir.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunub ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti #COVID19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirilməsi davam edir.

Uçuşlardan sonra hava gəmilərinin xüsusi dezinfeksiyaedici mayelər ilə dezinfeksiyası həyata keçirilir. AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilib. Hava gəmilərində HEPA havalandırma filtrləri vaxtaşırı dəyişdirilir.

Hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman tədbirlərin görülməsi üçün uçuş heyəti ilə treninqlər aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti