...

BNA dumana görə sürücülərə müraciət etdi (FOTO)

Cəmiyyət Materials 12 Mart 2020 19:46 (UTC +04:00)
Hazırda Heydər Əliyev prospekti-Hava limanı-Zaqulba avtomagistralı, Buzovna-Şüvəlan və Bilgəh-Pirşağı şoseləri boyunca, eləcə də ətraf ərazilərdə duman müşahidə olunur.
BNA dumana görə sürücülərə müraciət etdi (FOTO)

Bakı. Trend:

Hazırda Heydər Əliyev prospekti-Hava limanı-Zaqulba avtomagistralı, Buzovna-Şüvəlan və Bilgəh-Pirşağı şoseləri boyunca, eləcə də ətraf ərazilərdə duman müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə məlumat verilib.

Bunu nəzərə alaraq, Agentlik sürücülərə son dərəcə ehtiyatlı olmalarını, müəyyən olunan sürət həddinə əməl etmələrini tövsiyə edir:

"Xüsusi ilə bu cür hava şəraitində ara məsafəsinə fikir verilməlidir. Eyni zamanda, piyadalardan yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini xahiş edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti