...

Dövlət Komitəsi vətəndaş qəbulunu onlayn keçirəcək

Cəmiyyət Materials 16 Mart 2020 20:18 (UTC +04:00)
Trend-in məlumatına görə, vətəndaşlar 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə Komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazıla bilərlər. Bu zaman vətəndaş hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməli, özü haqqında məlumat və əlaqə üçün telefon nömrəsi verməlidir.
Dövlət Komitəsi vətəndaş qəbulunu onlayn keçirəcək

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq, respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fərdi qəbulu martın 17-dən, müvəqqəti olaraq, onlayn qəbul ilə davam etdiriləcək.

Dövlət Komitəsindən Trend-ə məlumata görə, vətəndaşlar 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə Komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazıla bilərlər. Bu zaman vətəndaş hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməli, özü haqqında məlumat və əlaqə üçün telefon nömrəsi verməlidir.

Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən video zəng edilməklə aparılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti