...

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində peşə seçimi məsələsi müzakirə olunacaq

Cəmiyyət Materials 8 May 2020 01:33 (UTC +04:00)
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində peşə seçimi məsələsi müzakirə olunacaq

Bakı. Trend:

Mayın 8-də informasiya-kommunikasiya texnologiyaları sahəsində düzgün peşə seçimi və iş imkanları ilə bağlı vebinar təşkil olunacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə bildirilib ki, peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə təşkil edilən vebinarda agentliyin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, “Microsoft”un təhsil proqramları üzrə meneceri Emin Axundov, “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov onlayn müzakirələr aparacaq, izləyicilərin suallarını cavablandıracaqlar.

Vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti