...

İradə İbrahimova: Ağac kəsənlər ifşa olunmalıdır (FOTO)

Cəmiyyət Materials 11 May 2020 12:34 (UTC +04:00)
İradə İbrahimova: Ağac kəsənlər ifşa olunmalıdır (FOTO)

Bakı. Trend:

Ağac kəsənlər ifşa olunmalıdır.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, nazirliyə Nəsimi rayonunda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma zamanı Nəsimi rayonu, Moskva prospekti 74 ünvanında gecə saatlarında müxtəlif diametrli şam ağaclarının kəsilərək üstünün torpaqla örtüldüyü müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Nazirliyin sözçüsü bildirib ki, təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət olunub.

İ.İbrahimova onu da qeyd edib ki, gecə saatlarında, gizli şəkildə ağac kəsintisinə təəssüf ki, hələ də yol verilir: "Bunun qarşısını birlikdə almalıyıq, belələrini hamılıqla ifşa etməliyik. Bu işdə vətəndaşların, yerli icra orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə və ictimai qınağa böyük ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti