...

Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər

Cəmiyyət Materials 17 Sentyabr 2020 17:06 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

A.Kərimov bildirib ki, fəxri adların verilməsi zamanı öhdəliklərin də olmasını istəyirik: “Gələcəkdə fəxri adlar alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər. Bizim məqsədimiz odur ki, bu şəxslər cəmiyyəti narahat edən məsələlərlə bağlı vətəndaş mövqeyi bildirsinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti