...

ETSN: Yanğın baş verən ərazidə monitorinq və araşdırmalara başlanılıb

Cəmiyyət Materials 9 Oktyabr 2020 20:09 (UTC +04:00)

Bakı. Trend:

Bu gün saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azkompozit” zavodunun həyətində toplanmış müxtəlif tərkibli materialların alışması nəticəsində güclü yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, ətrafa və atmosferə yayılması ehtimalı olan tullantıların tərkibini və həcmini müəyyən etmək üçün monitorinqlər keçirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti