...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 3 İyun 2021 16:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 988 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 769 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 418 082, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 497 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 920 089 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti