...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 5 Noyabr 2021 18:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 918 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 134, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 669, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 27 115 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 841 784, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 986 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 416 480, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 438 863 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti