...

Bakı Slavyan Universitetinin şəhid məzunu Elnur Allahverdizadənin xatirəsi anıldı (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2021 14:33 (UTC +04:00)
Bakı Slavyan Universitetinin şəhid məzunu Elnur Allahverdizadənin xatirəsi anıldı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Noyabrın 7-də Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Elnur Əli oğlu Allahverdizadənin şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur. Elnur Allahverdizadənin şəhid olmasının ildönümü ilə əlaqədar keçirilən anım mərasimində BSU-nun rəhbərliyi, müəllim və tələbələri, əməkdaşları, şəhidin ailə üzvləri, qohumları,döyüş yoldaşları, qazilər, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

BSU-dan Trend-ə bildirilib ki, tədbir zamanı Elnur Allahverdizadənin Sumqayıt Şəhidlər xiyabanındakı məzarı ziyarət edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla anılıb.

BSU-nun rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev çıxışında bildirib ki,biz bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını qurban vermiş və bu müqəddəs məkanda uyuyan şəhid məzunumuz Elnar Allahverdizadənin anım mərasiminə toplaşmışıq. Elnur Allahverdizadə kimi igid, cəsur, vətənpərvər oğullarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şərəfli və müqəddəs bir yola-Azərbaycanın bütövləşməsi yoluna çıxdılar. Doğma Qarabağımızın azadlığı uğrunda aparılan Vətən münaribəsi möhtəşəm Zəfərlə başa çatdı.Bu qəhrəmanlıq səhifəsinin yazılmasında və böyük tarixi Qələbənin qazanılmasında Elnur Allahverdizadə kimi milli ruhlu, fədakar,mətin oğullarımız müstəsna rol oynadılar. Şəhidlərimiz qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.BSU-nun kollektivi bütün şəhid valideynlərinin, o cümlədən Elnur Allahverdizadənin valideynləri qarşısında baş əyir.Anar Nağıyev çıxışının sonunda Allahdan bütün şəhidlərimizə rəhmət, onların valideynlərinə,yaxınlarına səbir, qazilərimizə isə şəfa diləyib.

Mərasimdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Tədrisin təşkili və tədris resursları şöbəsinin müdiri, dosent Səbinə Tarverdiyeva, Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən,dosent Kamran Hacıyev Elnur Allahverdizadə ilə bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, Elnur Allahverdizadə BSU-da ali təhsil alarkən vətənpərvər, geniş dünyagörüşlü,müasir düşüncəli, yenilikçi,kreativ bir gənc kimi universitetin müəllim və tələbələrin dərin hörmətini qazanmışdı. Elnur Allahverdizadənin mənalı və şərəfli həyat yolu yetişməkdə olan gənc nəsil üçün layiqli örnəkdir.

Şəhid Elnur Allahverdizadənin atası Əli Allahverdizadə ailələrinə göstərilən davamlı dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkür edib.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti