...

İşğaldan azad edilmiş ərazilərə bu gündən müntəzəm avtobus reysləri başlayır

Cəmiyyət 24 Yanvar 2022 00:12
İşğaldan azad edilmiş ərazilərə bu gündən müntəzəm avtobus reysləri başlayır

Trend-i buradan izləyin

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərə bu gündən sərnişin avtobuslarının müntəzəm reysləri başlayır.

Trend xəbər verir ki, reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir.

Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub.

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sərnişin marşrut avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək.

Sərnişinlər getdikləri gün geriyə dönəcək.

ANAMA tərəfindən sürücülərə mina təhlükəsizliyinə dair təlimlər keçirilib.

Avtobuslar konkret marşrut üzrə hərəkət edəcək. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti